Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Valeh Abdullayevin Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin DSMF-yə hazırda heç bir manat borcu yoxdur.
Məlumat üçün bildirim ki, Muxax bələdiyyəsinin 2016-ci ilə qədər DSMF-na və əmək haqqına həmişə borcları olub
Məlumat üçün bildirim ki,2016-cı ildə bələdiyyə sədr kimi fəaliyyətə başlayanda bələdiyyənin 2016-ci ilə DSMF-na 11093 manat və əmək haqqına isə 15243 manat borcu var idi. Bir məqsədi qarşıma qoydum ki, ilk növbədə bələdiyyənin DSMF-na və əmək haqqına olan və əvvəlki illərdən yığılıb qalmış borcların ödənilməsini təmin edəcəyəm və calışacağam ki,bələdiyyənin DSMF-na və digər təşkilatlara əmək haqqına borcumuz bundan sonra yaranmasın.
ilk növbədə bu gün də calışıram ki, DSMF-na olan borcun ödənilməsini təmin edim.Borcların yaranmamasının əsas səbəbi ondan irəli gəlir ki, bələdiyyədə işləyən bütün işçilər bələdiyyənin maraqlarına uyğun öz işlərini qurmuş və peşəkarlıqla vətəndaşlarımıza xidmət edirlər,vətəndaşlarımızda onlara inanaraq vergilərini ödəyirlər.ilk növbədə vətəndaşları bələdiyyəyə öz gördüyün işlərlə inandırmalısan.
Çox sevindirici bir haldır ki,bu gün üçün bələdiyyəmizin nəyinki DSMF-na, heç bir təşkilata və yaxud da əmək haqqına heç borcumuz yoxdur.Bildirim ki,borcların olmaması üçün bələdiyyədə ilk növbədə yersiz xərclərə yol verməməyə calışmalısan.
Vergi ödəyiçiləri ilə görüşlərimizdə onları başa salmağa inandırmağa calışırıq ki,Yerli (bələdiyyə) Avtomatlaşdırılmış Məlumat sisteminə əsasən vergilərin hesablanması aparılır, əmlak və torpaq vergilərinizi vaxtında ödəmədikdə ödənilməmiş vergi məbləğinin 01 % məbləğində faiz tutulur və maliyyə sanksiyası tədbiq edilir.Bubu görüçdüyümüz hər bir vergi ödəyicinə lazım gəlirsə ayrı-ayrılıqda başa salırıq.
Bundan başqa vergi xidməti ilə məşğul olan şöbə mütəmadi olaraq təbliğat aparmaqla yanaşı kəndin bütün ərazilərinə olan bələdiyyə lövhələrinə bildirişlərlə vergilərin ödənilməsi bildirişlərin əldə edilməsi müddətləri barədə məlumat verir. Vətəndaşlarımız,vergi ödəyiçilərimiz artıq başa düşürlər ki, onların ödədikləri vergilər kəndin sosial iqtisadi inkişafına,abadlıq işlərinə sərf olunur.ərazidə görəcəyimiz işləri əsasən vergi ödəyiçilərimizin müraciətləri, təklifləri əsasında görürük.
Sədrin sözlərinə görə, bələdiyyənin vergi xidməti orqanı öz işini günün tələbləri səviyyəsində qurduğundan vergi yığımıda bu gün müəyyən irəlləyişlərə nail ola bilmişik. Deyə bilərəm ki,mütamadi olaraq vətəndaşlarla aparılan təbliğat işləri öz nəticəsini verməkdədir vergi ödəyiçilərimizin 70 %-i hal-hazırda Tədiyyə bildirişlərini bələdiyyənin vergi xidməti şöbəsinə müraciət etməklə bir necə saniyəyə əldə edir və vergilərini bələdiyyənin “Azərpoçt MMC”-nin Zaqatala Muxax poçt şıbəsində olan bələdiyyənin hesabına ödəyirlər.
Sonda o yenə də Muxax bələdiyyəsinin bütün vergi ödəyiçilərini bələdiyyəyə inanaraq vergilərini vaxtı-vaxtında ödədiklərinə görə bələdiyyə üzvləri və qulluqcuları adından təşəkkürünü bildirdi.
Belediyye.info